Cenevrədə Azərbaycanın İKT istiqamətində gördüyü işlər barəsində dünya ictimaiyyətinə məlumatlar veriləcək
Gələn ayın 17-də İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) 150 illiyi ilə bağlı yubiley tədbiri keçiriləcək.
Bu tədbirdə Azərbaycanı rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.
Mayın 25-29-da isə Cenevrədə BTİ-nin "İnformasiya cəmiyyəti üzrə ümumdünya sammiti" baş tutacaq.
Sammitdə dünya dövlətlərinin informasiya-kommunikasiya texnologiyaları, internet infrastrukturu və informasiyalı cəmiyyətin inkişafı istiqamətində gördüyü işlərdən danışılacaq. Bu beynəlxalq tədbirdə Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə də Azərbaycanın İKT istiqamətində həyata keçirdiyi işlər, əldə olunan uğurlar, yeniliklər və gələcək perspektivlər haqqında iştirakçılara ətraflı məlumat verəcək.
Sammitdə hər bir dövlətə həyata keçirdiyi regional və beynəlxalq layihələrin təqdimatını keçirmək üçün panellər ayrılacaq. Bu panellərdə Azərbaycanın reallaşdırmaqda olduğu "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi bir daha beynəlxalq arenadan dünya ictimaiyyətinə təqdim olunacaq.
Qeyd edək ki, hər il olduğu kimi, bu il də Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən informasiya cəmiyyətinin inkişafı istiqamətində həyata keçirilən ilin ən yaxşı layihələri seçiləcək (The World Summit on the Information Society - 2015 (WSIS)).
Azərbaycan bu müsabiqəyə TASİM layihəsini təqdim edib.
Layihəmiz artıq birinci mərhələni adlayıb. İkinci mərhələ isə onlayn formada səsvermə yolu ilə keçiriləcək.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL