waplog

Milli “Elektron məktəb” modeli beynəlxalq səviyyədə təqdim ediləcək


Azərbaycanın nümayəndə heyəti 2011-ci ilin 15-16 sentyabr tarixlərində Kazan şəhərində keçiriləcək “Elektron məktəb – 2011” adlı birinci beynəlxalq konfransda iştirak edəcək. Konfrans Tatarıstanın Təhsil və Elm Nazirliyi və “İntel” korporasiyası tərəfindən təşkil edilmişdir.

Azərbaycanı konfransda Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsinin Elektron və veb məzmunun inkişafı şöbəsinin müdiri Ayaz Abuşov, “İntel” korporasiyasının təhsil proqramlarının əlaqələndiricisi Teymur Məmmədov, “Microsoft Azerbaijan” şirkətinin təhsil proqramlarının əlaqələndiricisi Emin Axundov, “Ultra” şirkətinin elektron təhsil şöbəsinin rəhbəri Sərxan Məmmədov təmsil edəcək.

Konfrans zamanı rəqəmli təhsil resurslarının digər ölkələrdə də, o cümlədən Azərbaycanda istifadə olunması modelləri müzakirə olunacaq.

Həmçinin, İKT sahəsində müəllimlərin hazırlığının təşkili, təhsilin informasiyalaşdırılması infrastrukturunun inkişafı və onun reallaşdırılmasının ilkin nəticələri də nəzərdən keçiriləcək.

Forum, həmçinin, 2011-ci ildən Rusiyada ümumi ibtidai təhsilə aid federal dövlət təhsil standartının dəstəklənməsi üçün kompyuter texnologiyalarının istifadəsi, təhsilin fərdiləşdirilməsi sahəsində beynəlxalq təcrübə mübadiləsi, həmçinin, “1 şagird – 1 kompyuter” konsepsiyasının reallaşdırılması kimi məsələləri əhatə edir.

Qeyd etmək lazımdır ki, konfrans çərçivəsində, həmçinin, yüksək texnologiyalar sahəsində “İT-Park” texnoparkına və Kazan məktəblərinə ziyarət planlaşdırılmışdır. Qeyd edək ki, konfransda Rusiya, İngiltərə, Argentina, Braziliya, Makedoniya, Meksika, Sinqapur, Ukrayna və s. ölkələrin nümayəndələri iştirak edəcək.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL