Dövlət Komissiyasına ünvanlanan elektron sorğuların sayı açıqlanıb
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya cari ilin mart ayı ərzində komissiyanın elektron ünvanına daxil olan sorğuların statistikası, məzmunu və cavablandırılması üzrə hesabatı açıqlayıb.
Hesabata əsasən, mart ayında komissiyanın elektron ünvanına 35 sorğu daxil olub.
Elektron sorğulardan 8-i dövlət qulluğuna qəbul qaydaları, 7-si komissiyanın səlahiyyətinə aid olmayan məsələlər, 7-si növbəti müsabiqənin tarixi ilə bağlı olub.
Bu müddətdə komissiyaya 6 CV göndərilib.
Bundan əlavə, 26 sentyabr, 17 oktyabr, 4 və 14 noyabr 2014-cü il tarixdə elan edilmiş müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün tələb olunan sənədlərə dair 2 sorğu ünvanlanıb.
Qeyd olunan müddətdə 2 təşəkkür məktubu göndərilib.
Elektron sorğulardan 2-si apelyasiya şikayəti ilə bağlı olub.
Həmçinin elektron ünvana Novruz bayramı ilə əlaqədar 1 təbrik məktubu daxil olub.
Bütün sorğular qanunvericilikdə nəzərdə tutulan müddətdə cavablandırılıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL