waplog

Emosiyaların hava ilə ötürülməsi üçün qurğu hazırlanıb


Britaniyanın Sasseks Universitetində işləyən alimlər qrupunun gəldiyi nəticəyə əsasən, insan emosiyalarını hər hansı fiziki kontakt olmadan hava ilə ötürmək olar.
 
Tədqiqatın direktoru Mariana Obrist bildirib ki, bir neçə il sonra meydana çıxacaq yeni nəsil qurğular hissləri (sevinc, qəm, həyəcan, qorxu) ötürmək üçün əlin dərisinin müxtəlif hissələrini hərəkətə gətirəcək. İnformasiya qurğuya simsiz rabitə üzrə ötürülür. Yeni həllin əsasını “Ultrahaptics” sistemi təşkil edir.
 
"ICTnews" elektron xəbər xidməti “charter97.org” saytına istinadən bildirir ki, bu kəşf bu yaxınlarda Koreyada keçirilmiş elmi konqresdə təqdim edilib.
 
Marina Obrist belə izah edir: "Təsəvvür edin ki, ər-arvad işə getməzdən əvvəl mübahisə ediblər. Müşavirədə iştirak edən qadının xüsusi qolbağına "mesaj" (onun əli ilə hərəkət edən hiss ovcunun ortasında dayanır) gəlir. Bu hiss sakitləşdirir və sanki bildirir ki, əri ona daha acıqlı deyil.
 
Emil Hüseynov
 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL