Beynəlxalq kompüter layihə olimpiadasında Azərbaycan məktəbliləri qızıl medala layiq görülüblər
Almatı şəhərində keçirilmiş “İnformatrix Asia & Pacific” kompüter layihə olimpiadasında Azərbaycan məktəbliləri qızıl medala layiq görülüblər.
Qazaxıstanın “DARIN” elm mərkəzi və Süleyman Dəmirəl Universitetinin təşkil etdiyi olimpiadada 30-a yaxın ölkədən (Azərbaycan, Türkiyə, Pakistan, Rusiya, Türkmənistan, Tacikistan, Qırğızıstan, Somali, Uqanda, Əfqanıstan, Nigeriya, Gürcüstan, Venesuela, İordaniya, Seneqal, Banqladeş, Hindistan, CAR, Ukrayna, Özbəkistan, Myanma, Tailand, Kamboca və s.) 250 məktəbli iştirak edib.
Təhsil Nazirliyindən bildirilib ki, olimpiadada Azərbaycan “İstək” liseyinin iki şagirdi ilə təmsil olunub. Qaydalara müvafiq olaraq, komandalar 5 kateqoriya - proqramlaşdırma, kompüter sənəti, qısa film, “hardware” nəzarəti, “robotiks” üzrə birincilik uğrunda mübarizə aparıblar.
“İstək” liseyinin 8-ci sinif şagirdləri Alsu Əlizadə və Pakizə Quliyeva olimpiadada “robotiks” kateqoriyası üzrə “Line Follower” layihəsi ilə iştirak edib və ən yüksək bal toplayaraq, qızıl medala layiq görülüblər.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL