waplog

Avropa İttifaqı nəhəng internet şirkətləri üzərində nəzarət üçün yeni tənzimləyici orqan yaratmaq niyyətindədir


Avropa İttifaqı (Aİ) “Google” kimi böyük şirkətlərin yerli bazarda üstünlüyünün qarşısını almaq məqsədilə yeni tənzimləyici orqanın yaradılması ilə bağlı məsələni müzakirə edir.
 
“The Wall Street Journal” nəşrinin məlumatına görə, cari ilin fevralında Aİ-nin yüksəkvəzifəli məmurları tərəfindən rəqəmli iqtisadiyyat üzrə Avropa komissarı Günter Ottinger üçün sənəd hazırlanıb. Sənəddə iqtisadiyyata daha çox təsir göstərən 32 ABŞ şirkətinin onlayn platforması yer alıb. Onların arasında “Google”, “Amazon” və “Etsy” şirkətləri də sadalanır.
 
Sənəddə qeyd olunan şirkətlər üzərində yeni nəzarətedici strukturun yaradılması imkanı nəzərdən keçirilir. Yeni orqan onlara digər provayderlərin xidmətləri qarşısında öz xidmətlərini üstün tutmasını qadağan edə biləcək. Bundan başqa, orqan bu şirkətlər tərəfindən rəqəmli bazarda mal və xidmətlərin qiymətinin azalmasının qarşısını almaq üçün öz mövqeyindən istifadəyə imkan verməyəcək.
 
Bildirilir ki, ümumavropa miqyasında fəaliyyət göstərəcək yeni orqanın səlahiyyətinə şirkətlərin məlumatlardan necə istifadə etməsi barədə informasiyanın öyrənilməsi daxil olacaq, eləcə də yaranacaq bütün mübahisələrdə vasitəçi qismində çıxış edəcək.  
 
Bununla belə, Avropa Komissiyası orqanın yaradılması ilə bağlı ideyanın həyata keçirilməsi barədə qərar qəbul etsə belə onun yaradılması prosesi uzun çəkəcək. Çünki strukturun yaradılması ilə bağlı təklif bütün Avropa ölkələri tərəfindən müzakirə edilməli və təsdiq olunmalıdır, - “Searchengines yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL