“Ağıllı” divar kağızları zəng etməyə imkan verəcək
Sinqapurun Nanyansk Texnologiya Universitetində çalışan alimlərin yaratdığı yeni çap elektronikası növü evin divarlarını rəqəmli qurğulara (kiçikölçülü kolonkalar, mikrofonlar, elektrik açarları və ötürücülər) çevirməyə imkan verəcək.
"ICTnews" elektron xəbər xidməti “hi-news.ru” saytına istinadən bildirir ki, biz istənilən mürəkkəb elektron sxemləri istənilən səthdə çap edə bilərik. Kağız, alüminium və plastik plyonka səth kimi istifadə edilə bilər. “Ağıllı” elektronikanı, hətta divar kağızının üzərinə çap etmək olar – Nanyansk Texnologiya Universitetinin professoru Cozef Çan “IBTimes UK” nəşrinə müsahibəsində belə deyib.
O hesab edir ki, belə elektronika xüsusən yaşlılar üçün faydalı olacaq, çünki onlar səsli komandaların köməyi ilə kompüterlə qarşılıqlı əlaqədə olmaq istəyirlər.
Siz divarla danışırsınız və divar sizə səsucaldan vasitəsilə cavab verir. Zəng etmək üçün mobil telefona ehtiyac yoxdur. Sadəcə, divara müraciət etmək kifayətdir – alim bildirib.
Çap elektronikasının hazırlanması prosesi futbolkalar üzərindəki çapla eynidir. Texnologiyanın universallığı elektron sxemləri artıq hazır məhsullara inteqrasiya etməyə imkan verir.
“NTU” komandası sözügedən ixtira üçün tətbiq sahəsi axtarır. Belə sahələrdən biri səhiyyədir. Elastik çap elektronikası, məsələn, “ağıllı” plastırlarda istifadə oluna bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL