waplog

Pentaqon Silikon vadisində ofis açır


ABŞ Müdafiə Nazirliyi Silikon vadisində ilk ofisini açmağı və vençur investisiyalarının sərmayəsini planlaşdırır.
 
Belə ki, Pentaqon kommersiya şirkətlərinin texnologiyalarına giriş əldə etmək və onlardan qabaqcıl silah və kəşfiyyat sistemlərinin hazırlanmasında istifadə etmək istəyir.
 
Ancaq texnologiya şirkətləri və vençur investorları sözügedən nazirliyin cəhdlərinə qarşı çıxa bilərlər, çünki nazirliyin bürokratiyası onları çoxdan narahat edir.
 
Nazirliyin əməkdaşları bildiriblər ki, onlar Çin daxil olmaqla potensial rəqiblərin müdafiə sahəsindəki imkanlarına görə ABŞ-a yaxınlaşması və hətta sonuncunu ötməsindən narahatdırlar.
 
"ICTnews" elektron xəbər xidməti “vedomosti.ru” saytına istinadən bildirir ki, Pentaqon bir ay ərzində Moffett federal aerodromunun ərazisində ofis açmaq niyyətindədir və orada təxminən 15 nəfər işləyəcək.
 
Avtomobil istehsalçısından tutmuş, banklara kimi yüzlərlə şirkət qabaqcıl texnologiyalara giriş əldə etmək üçün artıq Silikon vadisində ofis açıb. "İndiyədək orada ofisi olmayan yalnız hökumətdir – əvvəllər ABŞ ordusunun tədarükü ilə məşğul olmuş, hazırda “BMNT Partners” vençur şirkətinin idarəedici tərəfdaşı Piter Nyuell deyib”.
 
Xatırladaq ki, Pentaqon 1970-ci illərdə Silikon vadisinin dünyanın texnologiya mərkəzinə çevrilməsində vacib rol oynayıb. Qurum mikroprosessorların yaradılmasını maliyyələşdirib, adıçəkilən mikrosxem ilk öncə yüksək dəqiqlikli silahların yaradılmasında, bundan sonra kütləvi bazar üçün istehsal edilmiş kompüterlərdə istifadə olunub.
 
İndi kommersiya şirkətlərinin “3D” çap, robot texnikası və məlumatların işlənməsi üzrə həlləri ABŞ Müdafiə Nazirliyini maraqlandırır.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL