“Elektron-arayış xidmətindən ” 47546 nəfər istifadə edib
Azərbaycanda elektron arayış xidmətindən istifadə edən vətəndaşların sayı artıb. Xidmətin verdiyi üstünlüklər ona olan marağı günbəgün artırmaqdadır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətə təqdim etdiyi “İş yerinə dair arayış”ın elektron qaydada verilməsi elektron xidməti də bu qəbildəndir. Nazirlikdən yayılan məlumatda qeyd edilib ki, e-arayış xidməti əhalinin böyük marağına səbəb olub. Belə ki, ötən ilin dekabrında istifadəyə verilən bu e-xidmət vasitəsilə cari ilin 1 aprel tarixinədək artıq 47546 nəfər vətəndaş iş yerinə dair elektron arayış əldə edib.
Qeyd edək ki, nazirliyin sözügedən e-xidməti vətəndaşların öz iş yerləri barədə ümumi təyinatlı və ya konkret bir quruma təqdim etmək üçün rahat şəkildə və real vaxt rejimində elektron formada arayış əldə etməyə imkan verir.
Arayışda işəgötürən barədə məlumatlar, onun əlaqə nömrəsi, işçinin şəxsi məlumatları, əmək müqaviləsinin bağlandığı tarix, onun müddətli və ya müddətsiz olması, arayışın etibarlılıq müddəti və digər məlumatlar əksini tapır. Həmçinin vətəndaşlar arayışları onlarda əməkhaqqı göstərilməklə və ya əməkhaqqı göstərilmədən də əldə edə bilirlər. İki və daha çox iş yerində aktiv əmək müqaviləsi əsasında çalışanların hansı iş yerinə dair arayışı təqdim etmələri ilə bağlı seçim imkanı da var. “İş yerinə dair arayış” e-xidmətindən yararlanan vətəndaşların bununla müvafiq arayışları almaq üçün işlədikləri müəssisənin aidiyyəti şəxslərinə müraciət etmələrinə, kağız formasında arayışları almalarına, bu proses üçün müəyyən vaxt və əziyyət sərf etmələrinə artıq ehtiyac qalmır.
Digər tərəfdən, arayışın təqdim olunduğu qurumlar arayışdakı məlumatların, habelə lazımi hallarda əməkhaqqı barədə göstərilənlərin düzgünlüyünü yoxlamaq imkanına malikdirlər.
Bunun üçün onlar həmin sənəddə qeyd olunan ştrix-kod vasitəsilə "E-hökumət" portalındakı "Portal üzərindən verilmiş arayışların yoxlanılması" xidmətindən istifadə edirlər.
SEYMUR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL