Dünya noutbuklar bazarında artım qeydə alınacaq
"Digitimes Research" analitik şirkəti dünya noutbuklar bazarında dinamikanın yaxşılaşmasını proqnozlaşdırır. 2015-ci ilin aprel-iyununda noutbukların tədarük həcminin yanvar-martla müqayisədə 11 faiz artacağı gözlənilir. İllik ifadədə tədarük cüzi azalacaq. Belə ki, cari ilin birinci rübündə ekspertlər tərəfindən 4,7 faiz azalma qeydə alınmışdısa, ikinci rübdə azalma tempi 1,2 faiz aşağı düşəcək.
Proqnozlaşdırılan rüblük artım "Apple" noutbuk və xrombuklarının tədarükünün artması sayəsində mümkün olacaq. "Digitimes Research"in qiymətləndirməsinə görə, bu rübdə "MacBook" kompüterlərinin tədarükü 2015-ci ilin yanvar-martı ilə müqayisədə 40 faiz, 2014-cü ilin müvafiq dövrünə nisbətdə 50 faiz yüksələcək. "Chrome OS" əməliyyat sistemli noutbukların tədarükü isə rüblük və illik hesablamada müvafiq olaraq 60 və 55 faiz təşkil edəcək.
Proqnozda o da deyilir ki, "Apple" kompüterləri və xrombukları nəzərə alınmadan aprel-iyunda dünyada noutbukların tədarükü birinci rüblə müqayisədə 5 faiz artacaq, ötən ilin müvafiq dövrünə nisbətdə 8,7 faiz azalacaq.
Ekspertlər "Apple" şirkətinin uğurunu cari ilin martında buraxılan 12 düymlük "MacBook" noutbukları ilə izah edirlər. Lakin tədqiqatda bu modellə bağlı konkret qiymətləndirmə göstərilmir. Yalnız "Apple"ın hazırkı rübdə ümumilikdə 5 milyon noutbuk tədarük edəcəyi və rəqibi "Dell" şirkəti ilə dünyada üçüncü ən böyük noutbuk istehsalçısı adı uğrunda mübarizə aparacağı qeyd olunur, - "DailyComm" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL