waplog

Dörd qiqabayt əməli yaddaşa malik smartfon nümayiş etdirilib


“Lenovo” şirkəti məhsuldar elektron içliyi ilə fərqlənən yeni “K80” smartfonunu nümayiş etdirib. Qurğunun dəyəri 240 dollar təşkil edəcək.

Cihaz 1,8 QHs takt tezlikli 64 bitlik “Intel Atom” prosessoru, 32 QB daxili və 2 QB əməli yaddaş, 1920x1080 nöqtə təsvir ölçülü 5,5 düymlük sensor ekran və optik sabitləşmə sisteminə malik 13 meqapiksellik kamera ilə təchiz edilib.

"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, aparatın akkumulyator batareyasının tutumu 4000 milliamper/saatdır və dördüncü nəsil (LTE) şəbəkəsinə qoşula biləcək. Cihazın korpusunun qalınlığı 8,5 mm təşkil edəcək.

Aparat qırmızı, gümüşü və qara daxil olmaqla bir neçə rəng variantında əlçatan olacaq. “Android 5.0 Lollipop” mobil əməliyyat sisteminin idarəetməsi ilə işləyəcək.

2015-ci il aprelin sonunda “Lenovo K80” smartfonunun satışına başlanılacaq.

Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL