Yer kürəsi nəhəng bir kompüterə çevriləcək
Süni intellekt sahəsində müasir nailiyyətlərin əsas tədqiqatçılarından biri olan Rey Kursveyl 1990-cı ildən öz proqnozlarını dərc edir. Bu dəfə alim 2019-dan 2099-cu ilədək müddətdə nə baş verəcəyini proqnozlaşdırıb:
2019 – istənilən sahədə işlədilən fərdi və periferiya qurğuları üçün kabellər keçmişdə qalacaq.
2020 – Fərdi kompüterlər insan beyni ilə müqayisə oluna bilən hesablama gücünə malik olacaq.
2021 – Simsiz internetə çıxış planetin 85 faizini əhatə edəcək.
2022 – ABŞ və Avropada insan və robot münasibətlərini tənzimləyən qanunlar qəbul ediləcək. Robotların fəaliyyəti, onların hüququ, vəzifə və başqa məhdudiyyətlər rəsmiləşdiriləcək.
2024 – Kompüter intellektinin elementləri avtomobillərdə tətbiq ediləcək. Kompüter köməkçiləri ilə təchiz edilməmiş avtomobilin sükanı arxasında oturmaq qadağan ediləcək.
2025 – İmplantat cihazların kütləvi bazarı yaranacaq.
2027 – Tamamilə avtonom mürəkkəb hərəkətlərə qadir robot soyuducu və ya kofeqaynadan kimi adi əşyaya çevriləcək.
2028 – Günəş enerjisi o qədər əlçatan və geniş yayılmış olacaq ki, bəşəriyyətin bütün ümumi enerji ehtiyacı təmin ediləcək.
2029 – Kompüter Tyürinq testini keçəcək. İnsan beyninin kompüter simulyasiyası nəticəsində buna nail olunacaq.
2030 – Sənaye sahəsində nanotexnologiyaların inkişafı nəticəsində bütün məhsulların istehsalı xeyli ucuzlaşacaq.
2031 – İstənilən səviyyəli xəstəxanada insan orqanlarının çapı üçün "3D" printerlərdən istifadə ediləcək.
2032 – Nanorobotlardan tibbi məqsədlər naminə istifadəyə başlanılacaq. Onlar qidalı maddələri insanın hüceyrələrinə çatdıra və tullantıları aradan qaldıra biləcəklər. Bundan başqa, insan beynini ətraflı skan edə biləcəklər.
2033 – Yollarda müstəqil hərəkət edən avtomobillər hərəkət edəcək.
2034 – İnsanın süni intellektlə ilk görüşü baş tutacaq.
2035 – Kosmik texnika kifayət qədər inkişaf edəcək və Yer kürəsinin asteroidlərlə toqquşma təhlükəsinə qarşı daimi müdafiəsini təmin edəcək.
2036 – Bəşəriyyət ilk dəfə xəstəliklərin müalicəsi üçün hüceyrələri proqramlaşdırmağa nail olacaq və "3D" printerlərdən istifadə yeni toxuma və orqanlar əmələ gətirməyə imkan verəcək.
2037 – İnsan beyninin sirrinin anlayışı sahəsində nəhəng irəliləyiş əldə ediləcək. İxtisaslaşdırılmış funksiyalara malik yüzlərlə müxtəlif subregion müəyyən ediləcək. Bu regionların inkişafını kodlaşdıran bəzi alqoritmlərin şifri açılaraq kompüterlərin neyron şəbəkələrinə daxil ediləcək.
2038 – Robotlaşdırılmış insanlar meydana gələcək. Onlar əlavə intellektlə təchiz ediləcək və müxtəlif implantat cihazlara malik olacaqlar.
2039 – Nanoqurğular birbaşa beyinə implantasiya edilərək beyin hüceyrələrindən siqnalların sərbəst giriş və çıxışını həyata keçirəcəklər. Bu, virtual reallığa tam daxil olmağa gətirib çıxaracaq.
2040 – Axtarış sistemləri insan orqanizminə implantasiya ediləcək cihazlar üçün əsas olacaq. Axtarış yalnız səsli komandalarla deyil, həm də düşüncənin köməyi ilə həyata keçiriləcək və axtarış sorğularının nəticələri linza və ya eynəyin ekranında göstəriləcək.
2041 – İnternetin maksimal ötürücülük qabiliyyəti indi ilə müqayisədə 500 milyon dəfə çox olacaq.
2042 – İlk dəfə ölməzlik reallaşdırılacaq: nanorobotlar immun sistemini tamamlayacaq və xəstəlikləri aradan qaldıracaq.
2043 – Xeyli sayda nanorobotların əlçatanlığı sayəsində insan bədəni istənilən formanı ala biləcək. Daxili orqanlar yaxşı keyfiyyətli kibernetika qurğuları ilə əvəzlənəcək.
2044 – Qeyri-bioloji intellekt bioloji ilə müqayisədə milyardlarla dəfə daha ağıllı olacaq.
2045 – Texnoloji sinqulyarlığın gəlişi. Yer kürəsi nəhəng bir kompüterə çevriləcək.
2099 – Texnoloji sinqulyarlıq bütün bəşəriyyəti əhatə edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL