waplog

Qızıl səviyyəli sertifikat Azərbaycan nümayəndəsinə təqdim edilib


Ümumdünya Poçt İttifaqının EMS Kooperativinin sifarişi və maliyyə dəstəyi əsasında məşhur “Pricewaterhouse Coopers” auditor şirkəti Kooperativin Təftiş və Qiymətləndirmə Proqramı çərçivəsində dünyanın EMS operatorlarının 2014-cü ildə göstərdikləri poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırıb və həmin il üçün Yekun Sertifikasiya Səviyyələri Cədvəlini çap edərək, qalibləri rəsmi elan edib.
 
Nəticələrə görə, 199 ölkə arasında Azərbaycan və daha 4 ölkə qızıl, 2 ölkə gümüş və 1 ölkə bürünc səviyyə sertifikatı qazanıb.
 
Bu Azərbaycan poçtunun EMS operatoru –  “Azərekspresspoçt” Rabitə Müəssisəsinin son 10 ildə 8-ci qızıl sertifikatıdır.
 
Qızıl səviyyəli sertifikat 22 aprel 2015-ci il tarixdə İsveçrənin Bern şəhərində keçirilən EMS Kooperativinin 18-ci Baş Assambleyasında təntənəli şəkildə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və “Azərpoçt” MMC-nin məsul işçilərindən ibarət Azərbaycanın nümayəndə heyətinə ÜPİ-nin Beynəlxalq bürosunun baş direktoru Bişar Hussein və EMS Kooperativinin sədri cənab Patrik Rişon tərəfindən təqdim edilib.
 
Qeyd etmək lazımdır ki, Azərbaycan poçtu 2014-cü il üçün EMS Kooperativinin “Müştəriyə qayğı” mükafatını qazanmağa da ən real namizədlərdən biri olub. EMS kooperativinin 18-ci Baş Assambleyasının gündəliyində mükafatların təqdimedilmə mərasimindən başqa daha 15 məsələ ətrafında hesabatlar dinlənilib, müzakirələr aparılıb və təkliflər verilib. EMS poçtunun gələcək inkişafının ən önəmli istiqaməti kimi elektron kommersiyaya dair xüsusi olaraq, geniş müzakirələr aparılmış və bu barədə EMS Kooperativinin prezentasiyası nümayış etdirilib.
 
 
Assambleyanın işində iştirak edən Azərbaycanın nümayəndə heyəti Çin Xalq Respublikası və Azərbaycan arasında EMS göndərişlərinin ikitərəfli qaydada mübadilə edilməsi barədə bu ölkədən EMS Kooperativinə üzv seçilib və Çin poçtunda Beynəlxalq Biznes Departamentinin direktoru vəzifəsini daşıyan Tonqju Vanq ilə qarşılıqlı səmərəli danışıqlar aparılıb və ikitərəfli mübadilənin tezliklə həyata keçiriləcəyi barədə ilkin razılıq əldə olunub.
 
Çindən elektron ticarətlə mal alaraq, poçtla gətirmək istəyən potensial müştərilərin Azərbaycanda kifayət qədər çox olması yuxarıda qeyd olunan danışıqları və razılaşmanı ölkəmizin poçt xidmətinin gələcək inkişafı üçün olduqca əhəmiyyətli və vacib edir.
 
SEYMUR
 
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL