waplog

Türkmənistanın ilk kosmik peyki orbitə çıxarılıb


Bazar ertəsi ABŞ-ın “SpaceX” şirkəti tərəfindən kosmosa buraxılan Türkmənistanın ilk telekommunikasiya peyki uğurla geostasionar orbitə çıxarılıb. Bu barədə “SpaceX” rəhbəri Elon Mask deyib.
 
Məlumata görə, çəkisi 4,5 ton təşkil edən aparat 52º şərq uzunluğu orbital mövqeyində, Yer kürəsindən 35786 km hündürlükdə yerləşəcək. Peykin nəzərdə tutulan istismar müddəti 15 ildir.
 
Start ABŞ Hərbi Hava Qüvvələrinin Kanavarel kosmodromu yaxınlığında yerləşən bazasından “Falcon 9” raketdaşıyıcısı vasitəsilə həyata keçirilib.
 
Bildirilir ki, aparat Türkmənistanın ilk rabitə peyki olacaq. Hazırda ölkəyə Rusiyanın “Yamal” peyki xidmət göstərir.
 
Peykin buraxılışı bir neçə dəfə təxirə salınıb. Əvvəlcə buraxılış martın 21-nə planlaşdırılsa da, raketdaşıyıcısının mühərrikinin sınaqlarını keçirməyə imkan verməyən texniki problemlər səbəbindən ertələnib. Axırıncı dəfə peykin orbitə çıxarılması martın 30-na nəzərdə tutulub, lakin start yenidən təxirə salınıb. 
 
2009-cu ildə ölkə prezidenti Qurbanqulu Berdiməhəmmədov internet və televiziyanın inkişafına impuls vermək məqsədilə milli kosmik rabitə peyki yaratmaq barədə qərarın qəbul edilməsin bəyan edib. 2011-ci ildə Fransanın “Thales Alenia Space” şirkəti “Spacebus 4000” platforması əsasında aparatı layihələndirməyə başlayıb.
 
“Thales” və “SpaceX” şirkətləri ilə imzalanan sazişə əsasən, “TurkmenAlem” "Falcon 9” ikipilləli raketdaşıyıcısı vasitəsilə daimi geostasionar orbitə çıxarılacaq. İstismar müddəti 15 il təşkil edən peykin göyərtə aparaturası yerüstü radiostansiyaların siqnallarını qəbul edə, onları gücləndirə və yenidən digər yerüstü radiostansiyalara yayımlaya biləcək. Peyk Türkmənistan, Orta Asiya ölkələrini, İran, Türkiyə, Şimali Afrika və Avropanın böyük hissəsini yayımla təmin edəcək, - “TASS” yazır.  
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL