waplog

Pilotsuz uçan aparatlardan meşələrin bərpası üçün istifadə təklif edilir


Yer kürəsində hər il meşələrin sahəsi azalır və bu, müxtəlif mənfi, bəzən bərpa olunmaz nəticələrə səbəb olur. İtirilən ağacların mövcud bərpa üsulları isə yetərincə effektiv deyil və itkilərin yerini doldurmağa imkan vermir.
 
ABŞ Kosmik Agentliyinin (NASA) keçmiş mühəndisi Loren Fletçer tərəfindən yaradılan “BioCarbon Engineering” şirkəti yeni ağacların əkilmə prosesini avtomatlaşdırmağa və perspektivdə hər il bir milyard ağac əkməyə imkan verəcək texnologiya hazırlayır.
 
Bir sözlə, ideya ağacların əkilməsi üçün pilotsuz uçan aparatlardan istifadədən ibarətdir. Birinci mərhələdə dronların köməyi ilə yerin üçölçülü xəritəsi və yeni ağacların yerləşmə planı tərtib olunur.
 
İkinci mərhələdə səpilmə prosesi başlayır: dronlar hidrogelin içində artıq ağacların yetişmiş toxumlarının olduğu kapsulları atmağa başlayır. Bundan sonra pilotsuz uçan aparatlar cavan ağacların böyümə prosesini izləmək üçün istifadə olunur. 
 
L.Fletçerin qiymətləndirməsinə görə, iki dron operatoru gün ərzində 36 min ağac əkə bilər. Bu halda işin qiyməti adi üsullarla əkilmənin dəyərinin 15 faizini təşkil edəcək. Yayın sonuna şirkət sistemin tam işlək versiyasını nümayiş etdirməyi planlaşdırır, - "Newsruyazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL