waplog

Dövlət qulluğuna qəbulla bağlı müsabiqəyə elektron qaydada sənəd verilməsi müvəqqəti dayandırılıb


Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın elektron xidmətlərindən istifadədə problem yaranıb.
 
“ICTnews” elektron xəbər xidmətinin komissiyanın rəsmi internet səhifəsinə istinadən verdiyi məlumata görə, dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün aprelin 15-də elan edilmiş müsabiqəyə elektron qaydada sənəd verilməsi müvəqqəti dayandırılıb.
 
Komissiya bunu “Elektron xidmətlər” bölməsində yaranmış nasazlıqla əlaqələndirib.
 
Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün vətəndaşlar “Azərbaycan Respublikası vətəndaşının dövlət qulluğuna qəbul edilmək üçün müraciətinin Forması”nı komissiyanın “Dövlət qulluğuna qəbul üzrə qeydiyyat üçün müraciətin və sənədlərin qəbulu” elektron xidməti vasitəsilə, şəxsən və yaxud poçt vasitəsilə kağız daşıyıcılarla təqdim edə bilirlər.
 
CAHANGİR
 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL