waplog

2020-ci ilədək Avropada IPTV abunəçilərinin sayı artacaq


“Digital TV Research” analitik şirkətinin yeni hesabatına görə, 2020-ci ilədək Qərbi Avropada ödənişli televiziya xidmətinin nüfuzetmə səviyyəsi 56,7-dən 60,4 faizədək yüksələcək. 2015-ci ildə regionda (hesabata 18 ölkə daxil edilib) ödənişli TV abunəçilərinin sayı 2,57 milyon nəfər artaraq 99 milyon təşkil edəcək.
 
"ICTnews" elektron xəbər xidməti “tdaily.ru” saytına istinadən bildirir ki, 2020-ci ilədək ödənişli TV abunəçilərinin auditoriyası ümumilikdə 8,38 milyon (8,7 faiz) nəfər artaraq 104,81 milyon abunəçi təşkil edəcək. Müvafiq dövrdə rəqəmli TV abunəçilərinin bazası 20 milyon artıq olacaq. Halbuki 2019-cu ilədək analoq kabel şəbəkəsinin istifadəçilərinin sayı 2014-cü illə müqayisədə (11.3 milyon) sıfıra düşəcək.
 
Artıq 2015-ci ildə Qərbi Avropada IPTV abunəçilərinin sayı peyk TV platformalarına qoşulmuş abunəçilərin sayını ötəcək. Həm də 2014-2020-ci illərdə IPTV abunəçilərinin ümumi sayı 8,6 milyon (37 faiz), peyk seqmentində yalnız 1,2 milyon (5 faiz), “DTT” seqmentində isə 0,3 milyon (6 faiz) yüksələcək. Müvafiq dövrdə rəqəmli kabel şəbəkəsi  istifadəçilərinin sayı 10 milyon artacaq.
 
Qərbi Avropada peyk televiziyası ən gəlirli ödənişli TV seqmenti olaraq qalır, amma 2011-ci ildən etibarən operatorların gəliri azalır.
 
Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL