waplog

“HTC” şirkəti “Apple” ilə məhkəmə təhqiqatında “Google” şirkətinin patentlərindən istifadə edir


“Apple” və “HTC” şirkətləri arasında patent münaqişəsi yeni mərhələyə qədəm qoyub: smartfonların Tayvan istehsalçısı rəqibi yenidən intellektual mülkiyyət oğurluğunda ittiham edərək ABŞ-da daha bir məhkəmə təhqiqatına təşəbbüs göstərib.

Məlumat üçün qeyd edək ki, keçən il tərəflər bir-birini portativ qurğularda hüquqları qorunan məhsulların qeyri-qanuni istifadəsində ittiham ediblər.

“Apple” hesab edir ki, “HTC” şirkəti icazəsiz olaraq öz smartfonlarında proqram arxitekturasına və istifadəçi interfeysinin təşkili vasitələrinə aid olan texnologiyanı, sensor ekran, hərəkət tənzimləyicisini və s-ni tətbiq edir.

“Apple” şirkəti isə “Wi-Fi” simsiz əlaqəsinə aid olan patentləri pozur. Keçən həftə “HTC” şirkəti “Google”-un 9 patentinə hüquq əldə edib.

Həmin patentləri axtarış nəhəngi 1 il əvvəl “Motorola”, “Openwave Systems” və “Palm” şirkətlərindən alıb. İndi bu patentlər yeni məhkəmə təhqiqatı üçün səbəb olub.

Delavera dairə məhkəməsinə ünvanlanmış iddiada “HTC” iddia edir ki, “Apple” şirkəti “Mac” kompyuterləri, “iPhone” smartfonları, “iPod” pleyerləri, “iPad” planşetləri, “iCloud” xidmətində və s-də həmin alınmış patentlərin 4-dən qeyri-qanuni istifadə edir.

“HTC” şirkəti, eyni zamanda, ABŞ Beynəlxalq Ticarət Komissiyasına (İTC) şikayət ünvanlayıb. İddiaçı vurulmuş zərərə görə cavabdehin pul kompensasiyası ödəməsinə nail olmaq və “Apple” məhsullarının ABŞ-a idxalına qadağa qoyulması niyyətindədir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL