İranın neft ehtiyatlarının hasilatında və nəqlində Azərbaycan şirkətinin işlədiyi nanotexnologiyaların tətbiqi planlaşdırılır
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) nümayəndə heyəti İran İslam Respublikasında səfərdə olub.
SOCAR-dan verilən məlumata görə, səfər İran Milli Neft Şirkətinin dəvəti ilə baş tutub.
Səfər çərçivəsində İranın Ofşor Neft Şirkətinin və Neft Sənayesi Elmi Tədqiqat İnstitutunun nümayəndələri ilə “Texnologiyaların transferi” mövzusunda görüş keçirilib. Görüşdə SOCAR-ın işlədiyi nanotexnologiyalar, bu texnologiyaların əsas xüsusiyyətləri və tərəflərin niyyətləri müzakirə edilib, əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib.
İran səfərinin sonunda bu ölkənin neft ehtiyatlarının hasilatında və nəqlində SOCAR-ın nanotexnologiyalarının tətbiqi ilə bağlı Dövlət Neft Şirkətinin “Nanotexnologiyalar” Departamenti, İran Milli Neft Şirkətinin Neft Sənayesi Elmi Tədqiqat İnstitutu və İranın Ofşor Neft Şirkəti arasında üçtərəfli əməkdaşlıq protokolu imzalanıb.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL