Dünya planşet bazarında azalma qeydə alınıb
“Digitimes Research” analitiklərinin məlumatına əsasən, 2015-ci ilin birinci rübündə dünya bazarına 49,08 milyon planşet tədarük edilib ki, bu da ötən rüblə müqayisədə 35,3 faiz aşağı göstəricidir.
49.08 milyon planşetin 12 milyonunu “iPad” və 19.1 milyonunu başqa brend istehsalçılarına məxsus qurğular təşkil edir. “White-box” sxemi üzrə işləyən şirkətlər 18 milyon planşet tədarük ediblər.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, məlumata əsasən, cari ilin yanvar-martında istehsal edilmiş planşetlərin 27,2 faizi 7, 10,4 faizi 8 və 24,1 faizi 9 düymlük diaqonala malik olub. Digər 15,4 faiz qurğu 10 və daha böyük düym diaqonallı ekranla təchiz edilib.
“Apple” planşet bazarında liderliyini qoruyub saxlayır. İkinci pillədə “Samsung Electronics” şirkəti qərarlaşıb.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL