“Huawei” şirkəti ucuz “Honor 4C” smartfonunu nümayiş etdirib
Çinin “Huawei” şirkəti “Honor 4C” adlı ucuz smartfonunu təqdim edib. “LTE” şəbəkəsini dəstəkləyən yeni model ötənilki “Honor 3C” qurğusunu əvəz edəcək.
“Huawei Honor 4C” smartfonu 5 düymlük “HD” təsvir ölçülü ekran, 2 QB əməli yaddaş və 8 QB daxili yaddaş, 13 meqapiksellik əsas və 5 meqapiksellik ön kameralarla təchiz edilib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, yeni cihaz “SİM” kartlar üçün iki slot, “Bluetooth” və “Wi-Fi” simsiz rabitə modulları, “LTE” modemi və 2550 milliamper/saat tutumunda akkumulyator batareyası ilə təchiz edilib. Avtonom iş vaxtı açıqlanmayıb. Aparata “EM UI 3.0” istifadəçi interfeysli “Android 4.4” mobil əməliyyat sistemi quraşdırılıb.
“Huawei Honor 4C” smartfonu qara, ağ, qızılı, göy və çəhrayı rənglərdə əlçatan olacaq. Çində smartfonun qiyməti təxminən 129 dollar təşkil edəcək.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL