Nepalda zəlzələdən sonra rabitə sıradan çıxıb
Nepalın paytaxtı Katmandu şəhərində telefon əlaqəsi və internetə çıxış baş vermiş zəlzələ nəticəsində ciddi ziyan çəkib. Xilasedicilər və humanitar təşkilatların əməkdaşları bəzən məlumatları kuryerlərlə çatdırmalı olurlar. Vəziyyət elektrik enerjisinin verilməsində yaranan fasilələrə görə daha da pisləşir.
İnternetin fəaliyyətinin monitorinqi ilə məşğul olan “Dyn” şirkətinin məlumatına görə, "Nepal Telecom” mobil operatoru internetlə əlaqəni saxlamağa nail olub, lakin zəlzələ səbəbindən yerli rabitə xətləri və istifadəçi kanalları zədələnib.
“Google” şirkəti zəlzələ nəticəsində xəsarət alan insanlar haqqında informasiyanın toplanması və axtarışı üçün “Person Finder” əlavəsini istifadəyə verib. Hazırda əlavəyə 6900 məlumat daxil edilib.
“Facebook” şirkəti isə fəlakət zonasında olan istifadəçilər üçün "Safety Check” sistemini işə salıb. Sistem sayəsində internetə çıxış imkanı olanlar özləri barədə məlumat verə bilirlər.
Qırmızı Xaç Cəmiyyəti də saytında qohumlara və dostlara Nepalda olan insanlar barədə məlumat verməyə imkan verən əlavəni istifadəyə verib, - "Computerworld” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL