waplog

Dünyanın ən böyük smartfon tədarükçüsü bəlli oldu


"Strategy Analytics"  tədqiqat şirkəti dünyada ən iri smartfon tədarükçüsünü müəyyən etmək üçün analizlər aparıb. Təhlillər zamanı məlum olub ki,  "Samsung  Electronics "  şirkəti  2015-ci ilin birinci rübündə  satış  həcminə  görə "Apple" şirkətini  ötüb.
 
"ICTnews" xəbər xidmətinin "Strategy Analytics"-in hesabatına istinadən verdiyi məlumata görə, "Samsung"   şirkəti  tərəfindən dünya üzrə 83.2 milyon  smartfon  tədarük edilib və  bununla şirkət birinci rübdə bazar payını 24 faizədək artırıb. Nəticə etibarı ilə, bu göstərici ötən il qeydə alınan 31 faizdən azdır, lakin "Apple"   şirkətinin göstəricisindən çoxdur. Qeyd edək ki, "Apple"   şirkətinin bazar payı  18 faiz təşkil edir.
 
 
Neyl  Mavstoun  öz  bəyanatında  qeyd edib ki,  "Samsung  şirkəti  Asiya və digər regionlarda  çətinliklərlə  üzləşir. Amma  onun  qlobal nəticəsi   kifayət  qədər  stabilləşib. Belə ki,  şirkət     dünyada  ən böyük  smartfon  təchizatçısı  kimi   birinci  yerdə  qərarlaşıb".
 
Aynur Vəliyeva

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL