ABŞ-da planşetdə nasazlığa görə aviareyslər yubanıb
2011-ci ildə "American Airlines" aviaşirkəti pilotların istifadə etdiyi kağızların sayını azaltmaq məqsədilə təyyarələrdə "iPad" planşet kompüterini quraşdırmaqla bağlı qərar qəbul edib.
Əvvəlcə planşetlər aviaşirkətin "Boeing 777", daha sonra digər tipli təyyarələrində tətbiq olunub. Bu həftə isə sistemdə uçuşların yubanmasına səbəb olan nasazlıq yaranıb. Təyyarələr hətta simsiz şəbəkəyə qoşulmaq üçün anqarlara qayıtmalı olub.
"American Airlines" pilotlara məxsus planşetlərin proqram əlavəsində problemin olmasını təsdiq etsə də, onun yaranmasına nəyin səbəb olmasını açıqlamayıb. Pilotların planşetlərində nasazlıq bütün təyyarələrdə deyil, bir neçə reysdə yaşanıb. Zərərçəkən təyyarələrin sayı açıqlanmır.
Dallas reysinin sərnişinlərindən biri deyib ki, "iPad"lərin qəfildən sönməsi hava gəmisinin əməkdaşları üçün tamamilə gözlənilməz olub. Pilotların əvvəllər belə problemlə rastlaşmaması onlarda çaşqınlığa səbəb olub.
Hazırda insident araşdırılır. Nasazlığın əlavə və ya "iPad" ilə əlaqədar yaranması güman edilir. Problem nəticəsində aviaşirkətin reysləri qrafikdən xeyli geri qalıb. Yaxın vaxtlarda "American Airlines"ın hadisə ilə bağlı ətraflı məlumat verəcəyi gözlənilir.
Aviaşirkət nümayəndələri bildiriblər ki, problem müəyyən edilib, onun həlli yolu tapılıb və artıq gələcəkdə belə vəziyyətin yaranma riskinə yol verməmək üçün tədbirlər görülür, - "Macdigger" yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL