waplog

“Samsung” alsqeymer xəstəliyindən əziyyət çəkən insanlara kömək edəcək


"Samsung" şirkətinin Tunis bölməsinin əməkdaşları boş vaxtlarında alsqeymer xəstəliyindən əziyyət çəkən insanlara kömək üçün nəzərdə tutulmuş "Backup Memory" adlı "Android" proqram hazırlayıblar.
 
 
"Biz alsqeymer xəstəliyindən əziyyət çəkən xəstələrin həyatını yüngülləşdirmək istəyirdik. Hərçənd hazırda alsqeymer xəstəliyi sağalmazdır, amma bu yaxınlarda dərc edilmiş tədqiqat məlumatlarına əsasən, xəstənin keçmişi haqda müntəzəm xatırlatmalar şəklində əqli stimulyasiya bu xəstəliyin inkişafını zəiflədə bilər. Biz bu imkandan yararlandıq" – tərtibatçılar komandasının direktoru Azər Cafura bildirib.
 
 
"ICTnews" elektron xəbər xidməti "hitech.newsru.ru" saytına istinadən bildirir ki, "Backup Memory" mobil tətbiqi xəstə və onun yaxınlarının smartfonuna quraşdırılır və onlar profil yaradaraq köhnə fotoşəkil və videoyazıları ora əlavə edirlər. Alsqeymer  xəstəliyindən əziyyət çəkən pasiyentdən 10 metr radiusda oxşar profil sahibi göründükdə xəstənin profili açılır və o, fotoşəkillərə baxaraq xatırlayır. Smartfonlar arasında qoşulma "Bluetooth" simsiz rabitəsi vasitəsilə həyata keçirilir.
 
Keçirilmiş sınaqlarda "Backup Memory" mobil proqramı öz səmərəliliyini nümayiş etdirib. Həkim Meriam Labidi bildirib ki, mobil proqramdan istifadə edən xəstələrin vəziyyəti yaxşılaşıb.
 
Emil Hüseynov

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL