waplog

ƏƏSMN qəbul prosesini elektron əsasda qurub


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qəbul otağında müraciətlərin qəbulu və onlara baxılmasında bir çox hallarda həm vətəndaşlar, həm də nazirliyin əməkdaşları üçün çətinliklər yaradan ənənəvi qəbul prosesi elektron nailiyyətlər əsasında müasirləşdirilib.
 
ƏƏSMN-in ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bu fikri nazirliyin yenidən qurulmuş qəbul otağının açılışında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
 
İ.İsayev bildirib ki, vətəndaşlar qəbul otağına şəxsən gəlməklə, elektron xidmətdən istifadə etməklə, 142-"Çağrı mərkəzi"nə və ya nazirliyə yazılı müraciət etməklə nazirliyin rəhbərliyinin və ya aidiyyəti qurumlarının rəhbər şəxslərinin qəbuluna yazıla bilərlər: "Bu müraciətlər nazirlikdə müvafiq informasiya sisteminə daxil ediləcək, vətəndaşa hansı formada qəbul edilmək seçimi veriləcək. Yəni vətəndaşın istəyinə uyğun olaraq onun növbəlilik qrafiki əsasında nazirliyin qəbul otağında və ya videokonfrans avadanlığı vasitəsilə, yaxud nazirlik rəhbərliyinin bölgələrdə keçirdiyi qəbul zamanı qəbul ediləcəyi müəyyən olunacaq. Bundan sonra növbəlilik üzrə vətəndaşın qəbul ediləcəyi tarix, yer və növbə sırası barədə məlumat ismarıc formasında onun əks əlaqə üçün qeyd etdiyi telefon nömrəsinə və ya e-ünvana göndəriləcək".
 
Nazir müavini əlavə edib ki, nazirliyin qəbul otağında qəbul edilmək istəyən şəxs ona göndərilmiş məlumat üzrə buradakı post-terminala yaxınlaşacaq və post-terminalın monitorundakı "əvvəlcədən qəbula yazılanlar" bölümündə öz adını seçərək, növbəlilik qaydasında nömrələnmiş qəbz əldə edəcək: "Qəbzdəki nömrə elektron tabloda əks olunaraq, həmçinin səsləndirildikdən sonra vətəndaş aidiyyəti məsələ üzrə müvafiq kabinədə qəbul olunmaq üçün dəvət ediləcək. Bununla belə, əvvəlcədən növbəyə yazılmayan şəxslər də birbaşa qəbul otağına gələrək, post-terminaldakı monitorda "Növbəni götür" bölümünə daxil olmaqla, nömrələnmiş qəbz əldə edəcək və qəbul olunacaqlar. Qəbul edildikdən sonra vətəndaşlar post-terminalın monitorundakı müvafiq bölməni seçib onlara burada göstərilən xidmətin səviyyəsini qiymətləndirə də biləcəklər".
 
CAHANGİR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL