Dünyanın ən yaxşı iş yeri
ABŞ-ın 50 ən yaxşı işəgötürən şirkətinin reytinqində "Facebook" "Google"u geridə qoyaraq birinci pilləni tutub.
Əlbəttə ki, dünyanın bir çox mühəndisləri həm "Facebook", həm də "Google" şirkətində işləməyi arzulayır, amma "Business Insider" nəşrinə görə "Facebook" liderdir. Nəşr bunu aşağıdakı səkkiz səbəblə izah edir:
-
"Fecebook"çular daha xoşbəxtdirlər
"PayScale"ın məlumatına görə, hər iki şirkətin əməkdaşları öz iş yerindən olduqca razıdırlar, amma "Facebook"da işdən məmnunluq göstəricisi "Google" (84 faiz) ilə müqayisədə 93 faiz səviyyəsindədir.
"Hər səhər ofisə gəldikdə özümü planetin ən xoşbəxt insanı hiss edirəm, çünki mən burada işləyirəm" – "Facebook"un analitiki belə deyib.
-
Onlar azaddır
İş yerindən razılıq səviyyəsi bir çox amillərdən asılıdır, lakin bir amil xüsusilə seçilir: "Facebook" öz əməkdaşlarına həqiqətən etibar edir. "Facebook"un keçmiş əməkdaşı Don Fol bu yaxınlarda "The Wall Street Journal" nəşrinə müsahibəsində deyib ki, "Google" şirkəti ilə müqayisədə "Facebook"un əməkdaşları öz menecerlərini tənqid edə bilər.
"Vəzifə əsas deyil. Yalnız işin keyfiyyəti, insanlar üzərində təsir rol oynayır" – o deyib.
-
Daha çox qazanırlar
Miçiqan Universiteti və Britaniya Kolumbiya Universitetinin bu yaxınlarda keçirdikləri tədqiqatın məlumatlarına əsasən, daha yüksəkgəlirli insanlar daha az kədərlənir. Bu hal "Facebook"un əməkdaşlarına yaxşı məlumdur.
"Facebook"da təcrübəli əməkdaş ildə orta hesabla 135 min dollar qazanır. "Google"da bu göstərici 133 min dollar təşkil edir.
"Glassdoor"un məlumatına əsasən, "Facebook"da təcrübə keçənlər aylıq 7400 dollar, "Google"da 7200 dollar məvacib əldə edir.
-
Az əsəbiləşirlər
Əgər siz sakit iş mühiti axtarırsınızsa, ümumiyyətlə, yüksək texnologiya şirkətlərindən uzaq olmaq lazımdır. Amma "facebook"çuların çoxu başqa texnologiya şirkətlərinin əməkdaşları ilə müqayisədə öz işi ilə bağlı daha az stress keçirir.
-
İşlərini daha əhəmiyyətli hesab edirlər
"PayScale" hər iki şirkətin əməkdaşlarına "Sizin işiniz dünyanı yaxşılaşdırırmı?" sualı ilə müraciət edib. "Facebook"çuların 81 faizi "bəli" deyə cavab verib, "Google"da əməkdaşların yalnız 67 faizi eyni cavabı səsləndirib.
-
İşə götürmə prosesi daha asandır
"Google" şirkətində yeni əməkdaşın işə götürülməsi orta hesabla altı həftə vaxt tələb edir və iş axtaranlar "Facebook"la müqayisədə bu şirkətdə işə düzəlməyi daha mürəkkəb kimi qiymətləndirir. Keçmiş əməkdaşlar izah edirlər ki, internet nəhəngi yaxşıların yaxşısını seçir və buna görə çox vaxt onların səviyyəsinə uyğun olmayan işi təklif etməli olur.
-
"Facebook" şirkətində irəliləmək imkanı daha böyükdür
"Google"un başqa keçmiş əməkdaşı "Quora" sosial bilik mübadilə xidmətində yazır ki, şirkətdə 53 min nəfər işləyir. "Facebook"da bu göstərici 10 mindir. "Google" o qədər böyük şirkətdir ki, hər kəsin işini qiymətləndirmək çətindir.
Karyera nərdivanından söhbət getdikdə "facebuk"çular "Glassdoor"da yazırlar ki, şirkətdə irəliləmək üçün onların şansı daha çoxdur. Sorğunun nəticələrinə görə, "Facebook"un əməkdaşları irəliləmə imkanından "çox razıdırlar", "Google"un əməkdaşları isə yalnız "razıdırlar".
-
Onlar bonus sistemindən razıdır
Həm "Facebook", həm də "Google" şirkətlərinin bonus sistemi (pulsuz yemək, rahat ofis mühiti və sairə) hər kəsə bəllidir. Amma "Facebook" valideynlər üçün də bonus təqdim edir.
"Facebook" şirkəti uşaqları doğulan ailələr üçün dördaylıq ödənişli məzuniyyət verir, bundan başqa, həm qadın, həm də kişi məzuniyyət götürə bilər.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL