ABŞ-da yanacağa qənaət edən yeni uçuşları idarəetmə sistemi istifadəyə verilib
ABŞ Federal Aviasiya İdarəsi böyük yüksəklikdə uçuşlara nəzarət edən 20 regional dispetçer mərkəzini mülki təyyarələrdə yanacağa qənaət etməyə, eləcə də reyslərin ləngimə vaxtını azaltmağa imkan verəcək yeni iş sisteminə keçirib.
"USA today" qəzetinin məlumatına görə, modernləşdirmənin dəyəri 2,5 milyard dollar təşkil edib. Sistem təyyarələri dəqiqliklə izləməyə imkan verərək havada onların bir-birinə daha çox yaxınlaşmasına şərait yaradacaq. Beləliklə, dispetçerlərin bir təyyarəni digərindən ayırması üçün marşrutları dəyişməsinə ehtiyac qalmayacaq. Bunun sayəsində ABŞ hava məkanında fəaliyyət göstərən aviaşirkətlərin yanacaq xərclərinə ildə 6 milyon dollara qənaət edəcəyi gözlənilir.
İndiyədək dispetçerlər hava gəmiləri haqqında məlumatları yalnız yerüstü radarlardan alırdılarsa, hazırda onlara bu işdə kosmik peyklər yardımçı olacaq. Bu, həmçinin Meksika körfəzi və ya Alyaskanın bir neçə sahəsi kimi nəzarətdən kənar qalan zonaları əhatə dairəsinə daxil etməyə imkan verəcək. “Təyyarələrin hərəkət istiqaməti barədə dəqiq məlumat verən və təyyarənin qalxmasından enməsinədək uçuşları daha effektiv idarə edən peyk texnologiyasından istifadə olunacaq”, - ABŞ nəqliyyat naziri Entoni Foks bildirib.
Bu vaxtadək dispetçerlər 1960-cı illərdə hazırlanan “Host” sistemindən istifadə ediblər. Sistem eyni anda 1,1 min reysə nəzarət etməyə imkan verib, hazırda isə bu say 1,9 minədək artacaq, - “TASS” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL