Beyləqanda poçt rabitəsi sahəsində yeni xidmətlər tətbiq edilir
Beyləqanda poçt rabitəsi sahəsində yeni xidmətlərin tətbiqi səmərəli nəticələr verib.
Bu barədə “İCTnews” Elektron xəbər xidmətinə Poçt Filialının rəisi Rasim Ağayev məlumat verib. Onun sözlərinə görə, bir şəhər, iyirmi beş kənd poçt şöbəsi vasitəsilə əhaliyə 40-dan yuxarı ənənəvi, qeyri-ənənəvi poçt və bank-maliyyə xidmətləri göstərilir.
Son zamanlar Poçt Filialı üzrə ayrı-ayrı xidmət sahələrinin inkişafında və xidmətə müasir informasiya texnologiyalarının tətbiqi sahəsində xeyli işlər görülüb.
Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan Respublikası arasında imzalanmış “İnkişaf krediti haqqında” Sazişin (Maliyyə xidmətlərinin inkişafı layihəsinin) həyata keçirilməsi istiqamətində Beyləqan poçt filialının aparatının struktur quruluşunda müvafiq dəyişiklik aparılmaqla bank-maliyyə xidmətləri göstərilir.
Hal-hazırda filial üzrə Müştəri xidmətləri, Aşağı Çəmənli, Binnətli, 1-ci Aşıqlı, Daşburun, Dünyamallar, Eyvazallar, Əlinəzərli, Xalac, Qarallar, Mil-2, Milabad, Örənqala, Yuxarı Aran, Təzəkənd, Kəbirli, Qəhrəmanlı, Yuxarı Çəmənli, 2-ci Şahsevən, Tatallar cəmi 17 poçt şöbəsi Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən verilmiş bank-maliyyə xidmətlərinin göstərilməsi ilə bağlı lisenziyalarla təmin olunmuş, bank müəssisələri kimi Vergilər Nazirliyindən qeydiyyatdan keçib.
RƏVAN
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL