waplog

“Tesla” yaşayış evi üçün elektrik batareyalarının istehsalına başlayır


ABŞ-ın “Tesla” şirkəti ev və mənzilləri elektrik enerjisi ilə təmin etmək üçün elektrik batareyaları yaradaraq istehsalına başlayıb. Bu barədə keçirilən təqdimatda şirkət rəhbəri, məşhur ixtiraçı və sahibkar İlon Mask deyib.
 
İndiyədək “Tesla” elektrik mühərrikli avtomobillər istehsalında dünya lideri kimi tanınıb. Hazırda şirkət fəaliyyətini yaşayış evləri və ictimai iaşə müəssisələrini elektrik enerjisi ilə təchiz etmək istiqamətində genişləndirir.
 
“Biz bazara yeni məhsulla - “Powerwall” ev batareyası ilə çıxırıq. Görünür, ABŞ neft və qazı keçmişdə qoyaraq yeni energetikaya keçməli olacaq. Biz evləri günəş enerjisi və yaradılan elektrik enerjisini saxlamağa imkan verən yeni nəsil batareyaları birləşdirməklə elektrik enerjisi ilə təmin edəcəyik”, - E.Mask bildirib.
 
“Powerwall” günəş şüaları ilə işləyən generatordan enerji toplaya bilən litium-ion batareyadır.  “Biz kömür, mazut və ya digər faydalı yanacaqla işləyən ənənəvi elektrik stansiyalardan tam imtina etməyə imkan verən sistem yaratmışıq”, - “Tesla” rəhbəri bəyan edib.
 
Şirkət cari ilin yayından yaşayış sektoru üçün elektrik batareyalarının satışı və quraşdırılmasına (10 kVt/saatlıq 3,5 min dollar, 7 kVt/saatlıq 3 min dollar) başlayacaq, - “TASS yazır.  

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL