waplog

Cənubi Koreya alimləri pəncərələri “LCD” monitorlara çevirməyi təklif edirlər


Cənubi Koreyanın Busan Milli Universitetinin mütəxəssisləri adi pəncərələri müxtəlif informasiyanın göstərilməsi üçün “LCD” monitora çevirməyə imkan verən texnologiya hazırlayıblar. Bunun üçün bir neçə milli/saniyə sürətində şəffaf və qeyri-şəffaf təsvir arasında keçməyə imkan verən xüsusi işıq çaxmağından istifadə olunur.
 
Mövcud şəffaf displeylərin əksəriyyəti orqanik işıq saçan diodlardan istifadəyə əsaslandığı halda yeni texnologiya monitora işlək vəziyyətdə şəffaf, istifadə zamanı isə tamamilə qeyri-şəffaf olmağa şərait yaradır ki, təsvirin keyfiyyəti korlanmasın. İşıq çaxmaqları həmçinin enerjidən az istifadə edir ki, bu da texnologiyanın effektivliyini daha da artırır. Hazırda alimlər enerjinin yalnız qeyri-şəffaf və şəffaf təsvir arasında keçmə zamanı istifadə olunması üzərində çalışırlar. Bu, monitorları maksimal enerjiyə qənaətcil edəcək.  
 
Texnologiyanın kommersiya istifadəsinə nə vaxt verilməsi barədə hələ ki məlumat verilmir, - "4PDA” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL