“LG” şirkətinin mobil qurğularının satış həcmlərində kəskin artım müşahidə olunub
“LG” şirkətinin mobil qurğularının satış həcmləri bu ilin birinci rübündə yetərincə artıb.
“ICTnews” xəbər xidmətinin “www.novoteka.ru” saytına istinadən verdiyi məlumata əsasən, şirkət ilin birinci rübündə mobil qurğularının satış həcmlərinin ötən ilin müvafiq dövrü ilə müqayisədə 26% artımına nail olub.
Lakin ötən ilin son rübü ilə müqayisədə şirkət daha az, yəni 15,5 milyon əvəzində 15,4 milyon qurğu satıb.
Ən çox inkişaf edən satış bazarı ABŞ olub, burada satışların həcmi 66 faiz artıb. Ümumilikdə şirkətin qazancı 3,27 milyard dollar təşkil edib.
Gələn ay yeni “LG” G4 qurğusunun satışa çıxarılması nəticəsində vəziyyət daha da yaxşılaşmalıdır.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL