waplog

Daşınan nömrələrin sayı 20 minə çatıb


Azərbaycanda mobil nömrələrin bir operatordan digərinə daşınması xidməti istifadəyə verildiyi gündən bu vaxta qədər 20 minə yaxın nömrə daşınıb.
 
“ICTnews.az” elektron xəbər xidmətinin məlumatına görə, bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tənzimləmə şöbəsindən bildirilib.
 
Şöbədən qeyd edilib ki, mobil nömrə daşıması xidməti birbaşa olaraq abunəçilərin rahatlığına hesablanıb və hər bir vətəndaş ondan sərbəst formada yararlanmaq imkanına malikdir.
 
Qeyd edək ki, respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidməti 1 fevral 2014-cü il tarixindən etibarən fəaliyyətə başlayıb. Bu xidmət ümumistifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil nömrənin (nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə sellülar (mobil) xidməti göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır.
 
 
Bir müddət əvvəl Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən “Nömrə resurslarının ayrılması və istifadəsi qaydaları”na edilən dəyişiklikdən sonra isə mobil nömrələrin daşınması xidmətindən istifadə daha da asanlaşıb.
 
Belə ki, artıq mobil nömrələrin daşınması 3 iş günü müddətinə həyata keçirilir.
 
 
SEYMUR
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL