waplog

Dövlət əmlakının registrində toplanmış məlumatların yeni informasiya sistemi üzrə hazırlıq işləri davam etdirilir


Dövlət əmlakının registrində toplanmış məlumatların Dünya Bankının dəstəyi ilə hazırlanan yeni informasiya sisteminə transferi məqsədi ilə hazırlıq işləri davam etdirilir.
 
Əmlak Məsələləri Dövlət Komitəsindən qeyd edilib ki, daşınmaz dövlət əmlakı barədə alınmış hesabatların araşdırılması və dövlət əmlakı registrində olan məlumatların dəqiqləşdirilməsi işi davam etdirilir.
 
Bu məqsədlə, 01 aprel 2015-ci il tarixinə 4800-ə yaxın müəssisə və təşkilatdan daşınmaz dövlət əmlakı barəsində yeni qeydiyyat vərəqələri alınıb.
 
 2015-ci ilin  I rübü ərzində dövlət əmlakının registrindən 815 ədəd çıxarış sənədi hazırlanaraq təqdim edilib.
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL