Kvant kompüterlərinin yaradılması üçün mühüm addım atılıb
Amerikalı alimlər kvant hesablamalarına təsir göstərən səhvlərin düzəlişində irəliləyiş əldə edib.
Kvant kompüterləri öz gücünə görə adi kompüterləri xeyli üstələyə bilərdi, ancaq onların hazırlanması sahəsində işlər son dərəcə ləng gedir.
"ICTnews" elektron xəbər xidməti "bbc.co.uk/russian" saytına istinadən bildirir ki, "IBM" tədqiqat mərkəzinin mütəxəssisləri kvant hesablamalar metodunda səhvlərin düzəldilməsi üzrə yeni metod nümayiş etdiriblər.
Ənənəvi kompüterlərdə informasiya vahidi baytdır (sətir formasında yazılan sıfır və vahiddən ibarətdir). Kvant sistemində onun ekvivalenti kubitlərdir (eyni zamanda sıfır və vahid ola bilər). Nəzəri cəhətdən məhz kubitlərin bu xüsusiyyəti sayəsində kvant kompüterləri daha güclü hesablama imkanına malik ola bilər.
Ancaq yüksək temperatur, elektromaqnit şüası və materiallardakı qüsurlar kvant sistemlərinə təsir göstərə bilər. Belə səhvlərin aradan qaldırılması və nəzarəti ilə bağlı çətinliklər kvant kompüterlərinin yaradılması istiqamətində ciddi maneədir.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL