Azərbaycanda poçt bazarı tam liberallaşıb
Hazırda Azərbaycanda poçt bazarı ölkə qanunvericiliyinə əsasən tam liberallaşıb. Bu da ölkə ərazisində 40-a yaxın özəl poçt şirkətinin Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) lisenziyası əsasında fəaliyyəti üçün əlverişli şərait yaradıb.
Bu haqda "Rabitə dünyası"na Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) "Azərpoçt" Məhdud Məsuliyyətli Cəmiyyətinin Poçt analizi şöbəsinin rəisi Nüsrət Səmədov məlumat verib.
Şöbə rəisi qeyd edib ki, rəqabət mühitində fəaliyyət göstərən "Azərpoçt" mövcud bazarı əldə saxlamaq və onu genişləndirmək üçün xidmətlərin keyfiyyətini daim diqqət mərkəzində saxlayır:
"Göstərdiyi yüksək keyfiyyətli xidmətlərin nəticəsi olaraq "Azərpoçt" əvvəlki ilin yekunlarına görə keyfiyyətin idarə olunması sahəsində və sürətli poçt xidməti sahəsində hər iki nominasiyada Ümumdünya Poçt İttifaqının qızıl səviyyəli sertifikatlarına layiq görülüb".
Eyni zamanda ÜPİ-nin EMS Kooperativinin sifarişi və maliyyə dəstəyi əsasında məşhur "Pricewaterhouse Coopers" auditor şirkəti Kooperativin Təftiş və Qiymətləndirmə Proqramı çərçivəsində dünyanın EMS operatorlarının 2014-cü ildə göstərdikləri poçt xidmətlərinin keyfiyyət göstəricilərini araşdırıb. 199 ölkə arasından seçilən qaliblər sırasında "Azərpoçt" da var. Bu, Azərbaycan poçtunun EMS operatoru – "Azərekspresspoçt" Rabitə Müəssisəsinin son 10 ildə 8-ci qızıl sertifikatıdır.
Həqiqət İSABALAYEVA
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL