Simsiz elektrik enerji ideyası reallaşır
"Nikola Labs" radiotezlikləri daimi enerjiyə çevirən və digər cihazları enerji ilə təmin edən yeni cihaz istehsal edib.
"Nikola Labs" bu texnologiyadan istifadə edən ilk məhsulunu da təqdim edib. Bu, "iPhone 6" smartfonu üçün hazırlanan qapaqdır. O, telefonun siqnalından istifadə edərək 30 faizdən çox enerji ilə təmin edir.
Şirkət məhsulunu bazara yaxın bir ildə çıxarmağı planlaşdırır. "Nikola Labs" həmçinin Ohayo Dövlət Universiteti ilə əməkdaşlıq çərçivəsində texnologiyanı təkmilləşdirərək patentləşdirəcək.
Bu texnologiyanı "ağıllı" saatlarda, sensorlarda, tibb cihazlarında və "əşyaların interneti"ndə, az elektrik tələbatlı istənilən cihazda istifadə etmək olar.
Cihazın qiyməti 99 dollar olacaq.
Qeyd edək ki, Nikola Tesla ilk dəfə elektrik xətlərdən istifadə edib. Henrix Hertz sübut edib ki, enerjini simsiz ötürmək mümkündür. Amma biz hələ də 21-ci əsrin cihazlarını enerji ilə təmin etmək üçün 19-cu əsrin texnologiyasından istifadə edirik.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL