waplog

“GPS” ötürücüyə malik çamadan olduğu yer haqda sahibinə məlumat verəcək


“Samsung” və “Samsonite” şirkətləri olduğu yer haqda sahibinə məlumat verən çamadan hazırlayır.
 
Çamadanlar təyyarədən boşaltma zamanı öz yeri haqda məlumat vermək üçün “GPS” ötürücü ilə təchiz ediləcək. Əgər çamadan icazəsiz açılsa, o zaman sahibi bu haqda mesaj alacaq.
 
"ICTnews" elektron xəbər xidməti “tjournal.ru” saytına istinadən bildirir ki, “Samsonite” şirkətinin icraçı direktoru Rameş Tainval bildirib ki, "ağıllı baqaj" sahibi ilə əlaqə saxlaya biləcək, ancaq sadəcə, olduğu yer haqda məlumat azdır: "Biz daha yaxşı qurğu yaratmaq üçün “Samsung” şirkəti ilə birgə işləyirik".
 
"Ağıllı baqaj"ın satışa çıxarılma tarixi bəlli deyil. Plana əsasən, çamadan yalnız öz sahibinə kömək etməyəcək, həm də baqajın çəkisi və təyinat nöqtəsi haqda məlumatları aviaşirkətlərə çatdıracaq.
 

 
Emil Hüseynov

 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL