waplog

“Bakcell”in icraçı direktoru: “”Viber” və “WhatsApp” kimi mobil əlavələrdən istifadə daha da genişlənəcək”


“Bakcell” şirkətinə LTE şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün 700 MHz gücündə tezlik zolağı ayrılıb.

“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, şirkətin icraçı direktoru Riçard Şirer bildirib ki, yeni tezlik diapazonu “4G” şəbəkəsinin əhatə dairəsini Abşeronda və ümumilikdə ölkə regionları üzrə  genişləndirməyə imkan verəcək. 

R. Şirer həmçinin bildirib ki, “4G” xidmətlərinin istifadəyə verilməsi sayəsində artıq data xidmətlərinin istifadəsi yetərincə artıb və gələcəkdə də bu artım davam edəcək.

“Bundan başqa “Viber” və “WhatsApp” kimi mobil əlavələrdən istifadə daha da genişlənəcək. “4G” şəbəkəsində mobil internet xidmətlərinin tariflərinin azalmamasına baxmayaraq ondan daha yüksək sürətlə istifadə etmək imkanı yaranır. SMS və MMS kimi mesaj servislərinin istifadəsi azalacaq”, - deyə “Bakcell”in  rəhbəri bildirib.
 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL