Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin daha bir xidməti “Elektron hökumət” portalı üzərindən göstəriləcək
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (RYTN) daha bir xidmətini “Elektron hökumət” portalı üzərindən göstərməyə başlayıb.
“ICTnews” elektron xəbər xidmətinin məlumatına görə, RYTN-in “Poçt göndərişlərinin izlənilməsi” xidməti portala inteqrasiya olunub.
Bu xidmət vasitəsilə RYTN-in “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinin şəbəkəsində qeydiyyatlı poçt göndərişlərinin qəbul, çeşidləmə, daşınma və çatdırılma kimi keçid mərhələlərinin internet vasitəsilə izlənilməsi həyata keçirilir.
Xidmətin göstərilməsi üçün poçt göndərişinin unikal poçt identifikatorunu - 13
simvoldan ibarət ştrixkod nömrəsini müvafiq sahəyə daxil etmək tələb edilir. Ştrix-kod nömrəsi poçt şöbəsi tərəfindən poçt göndərişinin qəbuluna dair müştəriyə
verilən qəbzdə göstərilir.
Sorğu qəbul edildikdən sonra axtarılan poçt göndərişinin qəbul məntəqəsindən çatdırılma məntəqəsinədək keçdiyi bütün mərhələləri özündə əks etdirən məlumatlar cədvəl şəklində ekranda göstərilir.
CAHANGİR
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL