waplog

Səfirdən TƏKLİF: “Bütün Şərq ölkələrinin vahid dildə məlumat bazası yaradılsın”


“Arzu olunan haldır ki, bütün Şərq ölkələrinin müasir kitabxanaları arasında vahid koordinasiya qurulsun, vahid dildə məlumat bazası yaradılsın. Şərq elmi, mədəniyyəti və tarixi haqqında məlumatlar dünyaya Qərbin təqdim etdiyi kimi deyil, Şərq ölkələrinin özlərinin dili ilə çatdırılsın”.
 
Fələstinin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Əbdül bu fikrini AMEA-nın Mərkəzi Elmi Kitabxanasının (MEK) direktoru,  tibb üzrə fəlsəfə doktoru Leyla İmanova ilə keçirilən görüşdə səsləndirib.
 
MEK-dən bildirilib ki, diplomat Fələstində baş verən siyasi hadisələrin ölkəsinin elminə, təhsilinə və mədəniyyətinə təsirsiz ötüşmədiyini bildirib. Bu məqsədlə Azərbaycanın müasir elmi mərkəzləri və ali təhsil müəssisələri ilə əlaqələrin gücləndirilməsində və onların təcrübəsindən yararlanmaqda fayda olduğunu vurğulayıb. Bunu nəzərə alaraq, ölkəsinin tanınmış kitabxanaları ilə MEK arasında informasiya mübadiləsi, müştərək proqram və layihələrin həyata keçirilməsinin labüd olduğunu deyib.
 
Mərkəzi Elmi Kitabxananın direktoru Leyla İmanova isə MEK-də Fələstin tarixi, elm və mədəniyyətini əks etdirən guşənin hazırlanması məqsədilə səfirliklə birgə işin təşkil edilməsi, o cümlədən gələcəkdə əməkdaşlıq memorandumuna daxil edilməsi vacib hesab olunan fəaliyyətlər və sözügedən sənədin imzalanması barədə təkliflər səsləndirib.
 
 
Sonda əməkdaşlığa dair digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
 
 
 
Həqiqət İSABALAYEVA

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL