waplog

Məlumatların elektron bazasının yaradılması mövzusunda zona müşavirəsi keçirilib


Azərbaycanda aparılan elektron hökumət quruculuğunun bir komponenti də bölgələrdə bu istiqamətdə təbliğat-təşviqat işlərinin həyata keçirilməsidir. Çünki maarifləndirmə tədbirlərinin aparılması nəticəsində dövlət orqanları tərəfindən əhaliyə təklif edilən elektron xidmətlərdən istifadə edənlərin sayı artıb.
 
Bu baxımdan Kənd Təsərrüfatı Nazirliyi Tovuz rayonunda keçirdiyi zona müşavirəsində bir çox məsələlərlə yanaşı, elektron kənd təsərrüfatı və məlumatların elektron bazasının yaradılması mövzularına xüsusi diqqət yetirib. Bu barədə "ICTnews" elektron xəbər xidmətinə sözügedən nazirliyin mətbuat xidmətindən məlumat verilib.
 
 Nazirlikdən qeyd edilib ki, zona müşavirəsində fermerlər, süni mayalanma mütəxəssisləri, arıçılıqla məşğul olan hüquqi və fiziki şəxslər, heyvandarlıq mütəxəssisləri iştirak ediblər. İştirakçılar elektron kənd təsərrüfatının üstünlükləri ilə tanış edilərək bir çox məsələlərin internet üzərindən həll olunması istiqamətində lazımi bilgilərlə məlumatlandırılıblar.
 
 
Müşavirədə 2015-ci ilin Azərbaycan Respublikasında "Kənd təsərrüfatı ili" elan edilməsi ilə bağlı qarşıda duran vəzifələr, heyvandarlığın intensiv metodlarla inkişaf etdirilməsi yolları, heyvandarlıqda damazlıq-seleksiya işlərinin daha da yaxşılaşdırılması məqsədi ilə mütərəqqi texnologiyalar və bu sahədə zona baytarlıq laboratoriyalarında işlərin mərkəzləşmiş qaydada təşkili barədə ətraflı məlumat verilib.
 
 
Sonda fermerləri və mütəxəssisləri maraqlandıran suallara ətraflı cavab verilib və qarşılıqlı fikir mübadiləsi aparılıb.   
 
 
 
SEYMUR

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL