“Azərpoçt” yeni brend konsepsiyasının tətbiqini başa çatdırır
Hollandiyanın “Guidion” şirkəti Azərbaycanın milli poçt operatoru “Azərpoçt”un rebrendinqi üzrə təkliflərin hazırlanması istiqamətində işləri sentyabr ayında başa çatdıracaq.
“ICTnews” xəbər xidmətinin məlumatına əsasən, bu strategiya “Azərpoçt”un ofislərinin tam yeni konsepsiyaya uyğun şəkildə işinin təmin edilməsini nəzərdə tutur.
Yeni strategiyaya uyğun Şirvanda reallaşdırılacaq pilot layihə çərçivəsində “Azərpoçt”un yeni dizaynda, fərqli avadanlıqların tətbiqi ilə poçt şöbələrinin işi və xidmətləri təşkil edilir.
Qeyd edək ki, şirkət, 2013-cü ilin sonunda Dünya Bankının keçirdiyi müvafiq tenderin qalibi olub. Bu tender “SECO”-nun Azərbaycan hökumətinə ayırdığı qrant hesabına “Maliyyə xidmətlərinin inkişaf etdirilməsi” layihəsi çərçivəsində keçirilib.
Aynur Vəliyeva
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL