waplog

Avropa Komissiyası internet şirkətlərinin ağalığına son qoymağı planlaşdırır


"Blumberq" agentliyinin məlumatına görə, Avropa Komissiyası bazarda nəhəng internet şirkətlərinin ağalığını məhdudlaşdırmaq üçün təkliflər hazırlayır.

"ICTnews" elektron xəbər xidməti "Interfax.ru" saytına istinadən bildirir ki, Avropa Komissiyasının bu gün elan etməyi planlaşdırdığı təkliflər sahənin bütün iştirakçılarına (səyahətçilər üçün "Airbnb" evlərin icarəsi xidmətindən "Amazon" və "Google" kimi nəhəng şirkətlərə kimi) şamil ediləcək.

Sözügedən sənədin layihəsinə əsasən Avropa Komissiyası bazarda bir sıra şirkətlərin ağalığına məhdudiyyət üçün əlavə tənzimləməyə ehtiyac haqda məsələni müzakirə etmək niyyətindədir.

"Bəzi platformalar internet bazarlarına girişə nəzarət edə və mühüm təsir göstərə bilirlər. Bu, bir sıra platformaların ağalığının artması fonunda narahatçılıq yaradıb" – sənəddə qeyd edilib.

"Bizim hədəflərimizdən biri – bu,  rəqəmli şəbəkələr və innovasiya xidmətlərinin inkişafı üçün düzgün şərtlərin yaradılması və bazarda vahid qaydaların tətbiqidir" – Avropa Komissiyasının nümayəndəsi Mina Andreyeva deyib.

Hazırlanan təkliflər vahid rəqəmli bazar paketinin bir hissəsidir.

Emil Hüseynov
 

 
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL