waplog

ABŞ 2030-cu illərdə Marsa astronavt göndərəcək


ABŞ Kosmik Agentliyi (NASA) 2030-cu illərdə Marsa astronavtın göndərilməsi ilə bağlı planlarının olmasını təsdiq edib. Bu barədə təşkilatın direktoru Çarlz Bolden Corc Vaşinqton Universiteti və ABŞ-ın böyük kosmik şirkətləri tərəfindən təşkil edilən insanın Marsa uçuşuna hazırlıq məsələləri üzrə beynəlxalq konfransda bildirib.    
 
“Biz 2030-cu illərdə Marsa astronavtın göndərilməsi ilə bağlı məqsədimizin həyata keçirilməsinə heç vaxt indiki qədər yaxın olmamışıq. Marsa enmə bir neçə illik planlaşdırma və tədqiqatların, ağır işlərin və arzuların, bəzən isə uzun sürən diskussiya və müzakirələrin kulminasiya nöqtəsi olacaq”, - o qeyd edib.    
 
“Mars bizim üçün böyük əhəmiyyətə malikdir. Çünki Qırmızı planet haqqında öyrənəcəyimiz bizə  Yerin tarixi və gələcəyi barədə çox şeyi deyə biləcək. Marsın tədqiqi həmçinin bizə yerdənkənar həyatın mövcudluğu ilə bağlı sirləri açmağa imkan verəcək. Biz Marsda bir zamanlar həyat üçün əlverişli şəraitin olması barədə məlumatlıyıq”, - Ç.Bolden vurğulayıb.
 
“Gələn il biz Qırmızı planetə “InSight” enmə aparatını onun nüvəsini öyrənmək üçün göndərəcəyik. 2020-ci ildə “Curiosity” kosmik aparatının təcrübəsinə əsaslanaraq yeni "Mars 2020” aparatını hazırlayacağıq. O, bizə Marsa missiya üçün hazırlaşmağa kömək edəcək və ilk dəfə torpaq nümunəsi götürərək Yerə göndərəcək”, - “NASA” direktoru qeyd edib.  
 
Növbəti addım kimi təşkilat rəhbəri uzaq kosmosun tədqiqini sadalayıb. “NASA asteroidə ilk geri dönəcək missiyanı 2020-ci illərdə göndərəcək”, - o əlavə edib, - “TASS” yazır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL