waplog

“Azərbaycanın startap mühiti: problemlər və perspektivlər“ mövzusunda konfrans keçiriləcək


Mayın 15-də "Startap Azərbaycan 2015" çərçivəsində "Azərbaycanın startap mühiti: problemlər və perspektivlər" mövzusunda  konfrans keçiriləcək.
 
"ICTnews" xəbər xidmətinin məlumatına əsasən, tədbirdə "Startap Azərbaycan 2015" layihəsinin yekunları və milli startap müsabiqəsinin nəticələri  haqqında təqdimatlar olacaq. Həmçinin "Startap Azərbaycan" müsabiqəsinin finalçıları elan olunacaq, onlara mükafatlar və qiymətli hədiyyələr təqdim olunacaq.
 
 "Startap Azərbaycan" müsabiqəsində iştirak üçün 22 startap buraxılıb və 1-ci mərhələnin nəticəsində 13 startap yarımfinala buraxılıb, ötən həftə isə ekspertlər 2-ci mərhələ qiymətləndirməni başa çatdırıblar. 

Tədbirdə finala çıxan startaplarla investorların qapalı görüşü ( pitç sessiya) də təşkil olunacaq. Finalçılar investorlar qarşısında öz layihələrinin qısa təqdimatlarını keçirəcəklər.
 
"Startap Azərbaycan" layihəsi Azərbaycan İnternet Forumunun təşkilatçılığı ilə keçirilir.
 

Layihəyə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu, "Elektron hökumət" portalının operatoru - MHM və Yüksək Texnologiyalar Parkı rəsmi dəstək verir.

 "Startap Azərbaycan"ın Akademik  partnyoru  ADA Universitetidir.  "İnfiPro", "SİNAM", "SMART Systems", "Cybernet" və "Happy Baku" şirkətləri "Startap Azərbaycan"ı  dəstəkləyirlər.

 
Aynur Vəliyeva
 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL