“Azerspace-1” peykinin resursları Afrika və Yaxın Şərqi etibarlı rabitə ilə təmin edəcək
Qafqazda yeganə peyk operatoru olan “Azərkosmos” ASC Birləşmiş Ərəb Əmirliklərinin Afrika, Yaxın Şərq və Mərkəzi Asiya regionunda aparıcı peyk xidmətləri təklif edən “Network Satellite Technology Trading” (NSTT) şirkəti ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, “NSTT” şirkəti “Azerspace-1” peykinin resurslarından istifadə edərək Afrika, eləcə də Yaxın Şərq regionunda etibarlı rabitə – internet, şəbəkə, səs, video, mobil və digər data xidmətləri təqdim edəcək.
“İDirect” platforması üzərindən təklif olunan peyk xidmətləri Afrika və Yaxın Şərqdə fəaliyyət göstərən şirkətləri etibarlı rabitə ilə təmin edəcək. “Azərkosmos” və “NSTT” arasındakı əməkdaşlıq “Azerspace-1” peykinin orbital mövqeyinin və nüfuzunun regionda möhkəmlənməsini təmin edəcək.
Qeyd edək ki, 2002-ci ildə yaradılan “NSTT” şirkəti dünyanın qabaqcıl kommunikasiya texnologiyası üzrə böyük təcrübəsi olan provayder şirkətidir.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL