waplog

Türkiyə Avropa Nüvə Tədqiqatları Mərkəzinin tamhüquqlu üzvü seçilib


Türkiyə Avropa Nüvə Tədqiqatları Mərkəzinin (CERN) assosiativ üzvü seçilib. Bu barədə təşkilatın saytında qeyd edilib. Bu, Türkiyənin ötən il imzaladığı sazişin ratifikasiyasından sonra baş tutub.
 
Türkiyəli fiziklər Böyük Adron Kollayderində (BAK) keçirilən “ALICE”, “ATLAS” və “CMS” sınaqlarında fəal iştirak edir, eləcə də “CAST”, “OPERA” və “ISOLDE” eksperimentlərinə cəlb olunurlar.
Onlar həmçinin “CHORUS” eksperimentinin işində iştirak edərək məlumatların analizinə mühüm töhfə veriblər. Bundan başqa, türkiyəli fiziklər “AMS” sınaqlarında iştirak edir, eləcə də Beynəlxalq Xətt Kollayderi (International Linear Collider, ILC) layihəsi ilə bağlı modelləşmə və nəzəri tədqiqatlarla məşğul olurlar.
 
Bundan əlavə, Türkiyədə “CERN” üçün “grid” hesablamaları (ayrı-ayrı minlərlə və milyonlarla kompüterin hesablama resurslarını böyük hesablama gücünə malik vahid nəhəng virtual sistemdə birləşdirən texnologiya) ilə məşğul olan "Tier-2” superkompüteri fəaliyyət göstərir, ölkənin 110-a yaxın alimi isə “CERN” obyektlərinin rəsmi istifadəçisi kimi qeydiyyatdan keçib.
 
Türkiyənin “CERN”-ə assosiativ üzv seçilməsinin təşkilat və ölkənin elmi cəmiyyəti arasında uzunmüddətli tərəfdaşlığı möhkəmləndirəcəyi gözlənilir. Türkiyə “CERN” Şurasının iclaslarında iştirak edə, ölkə alimləri təşkilatın əməkdaşları ola, sənaye lazımi avadanlığın tədarükü üçün keçirilən tenderlərdə iştirak edə biləcək.
 
Türkiyənin qəbulundan əvvəl “CERN”-ə 21 assosiativ iştirakçı üzv idi. Bu ölkədən əvvəl təşkilata 2014-cü ildə İsrail üzv olub. Növbəti üzvlərin Serbiya və Rumıniya olacağı gözlənilir, - "Lenta” yazır. 

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL