“Sony” şirkəti “selfi” həvəskarlarını sevindirib
“Sony Mobile” şirkəti orta səviyyəli yeni “Xperia C4” smartfonunu nümayiş etdirib. Qurğu təkmilləşdirilmiş foto imkanlarına malikdir.
“Sony Xperia C4” modeli 1920x1080 piksel təsvir ölçülü və “Mobile BRAVIA Engine 2” texnologiyasına malik 5,5 düymlük “IPS” ekranı, 1.7 QHs takt tezlikli səkkiznüvəli “MediaTek MT6752” prosessoru və 700 MHs takt tezlikli “Mali 760” qrafik modulu ilə təchiz edilib.
"ICTnews" elektron xəbər xidməti “dailycomm.ru” saytına istinadən bildirir ki, əməli və daxili yaddaşın tutumu müvafiq olaraq 2 və 16 QB təşkil edir. Əlavə məzmunu “microSD” çıxarılıb taxılan daşıyıcılarında yadda saxlamaq olar. Telefon “4G LTE/3G HSPA+”, “Wi-Fi 802.11 b/g/n”, “Bluetooth 4.1”, “GPS” və “NFC” simsiz texnologiyalarını dəstəkləyir.
Əsas kamera 13 meqapiksellik matrisə, işıq diodu işıqlandırıcısına və “1080p” təsvir ölçüsündə video çəkilişi funksiyasına malikdir. Ön kamera 5 meqapiksel təsvir ölçüsünə malikdir.
Akkumulyator batareyasının tutumu 2650 milliamper/saat təşkil edir. Aparata “Android 5.0” mobil əməliyyat sistemi quraşdırılıb.
“Sony Xperia C4” qurğusunun satış qiyməti bildirilməyib. Məhsulun satışlarının başlanğıcı 2015-ci ilin iyununa nəzərdə tutulmuşdur.
Emil Hüseynov
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL