BƏƏ Marsa kosmik aparat göndərəcək
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 2021-ci ilədək Marsa ilk kosmik zondun göndərilməsi ilə bağlı planlarını açıqlayıb.
Bu barədə BƏƏ-nin vitse-prezidenti və baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl-Məktumun çıxışına istinadən "The National” nəşri məlumat verib.
Zondun saatda 40 min kilometr sürətlə 60 milyon kilometr məsafəni qət edərək 200 sutkaya - ölkənin yaradılmasının 50 illiyi tarixində (1 dekabr 2021-ci il) Marsa çatacağı gözlənilir. Missiya zamanı zond planetin atmosferi və iqlimi haqqında informasiyanın olduğu 1 terabayt tutumlu məlumat ötürəcək. Bildirilir ki, bu məlumatlardan dünyanın 200-dən çox elmi müəssisəsinin minlərlə mütəxəssisi istifadə edəcək.
Hazırda “Al Amal” (Ümid) adlanan zond üzərində 75 alim çalışır. 2020-ci ilədək BƏƏ onların sayını 150 nəfərədək artırmağı planlaşdırır. Vitse-prezidentin bildirdiyinə görə, ölkənin zondun yaradılması üçün altı il vaxtı qalıb.
İki il əvvəl BƏƏ məqsədi Marsa kosmik aparatın buraxılması olan Milli Kosmik Agentlik yaradıb. Zondun yaradılması üzrə işlərin dəyəri 5,44 milyard dollar qiymətləndirilib. Bu məqsədlə 2016-cı ilədək ölkə “Virgin Galactic” və “Aabar Investments” şirkətlərinin birgə iştirakı ilə kosmodrom tikməyi nəzərdə tutur, - "Lenta” yazır.
NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL